Səhər yeməyini atlamağın qan şəkəri pozuntularına və çəki artımına səbəb olduğu barədə fikirlər yanlışdır. Foodinfo.az bildirir ki, endokrinoloq Rikardo Barrozu qeyd edir ki, insulinoresistensiya və çəki artımı əslində səhər yeməyinin buraxılmasından deyil, gün ərzində düzgün qidalanmama və sadə karbohidratların çoxluğundan qaynaqlanır.

Həkim vurğulayır ki, səhər yeməyinin keyfiyyəti vacibdir: balanslı və proteinlə zəngin olduqda, sağlamlığa zərəri yoxdur. Problemlər isə buraxılmış səhər yeməyini kompensasiya etmək üçün şirniyyat, fast-fud və ya digər sadə karbohidratların istehlak edilməsi nəticəsində yaranır ki, bu da qan şəkərinin yüksəlməsinə və zamanla insulinoresistensiyaya gətirib çıxara bilər.

Barrozu əlavə edir ki, səhər yeməyini buraxmaq gün ərzində və axşam saatlarında həddindən artıq yeməyə meyli artırır. O, tövsiyə edir ki, günə bir stəkan su ilə başlamaq, daha sonra isə proteinlə zəngin qida – məsələn, yumurta və ya qatıq – yemək daha faydalıdır. Bu, aclıq hissini nəzarətdə saxlayır, həm də metabolizmin normal işləməsinə kömək edir.