Yediyimiz hər bir qida sağlam və uzun ömür üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də yediyimiz hər yeməyə diqqət etməliyik. Təbiətin bizə təqdim etdiyi qidalar sağlamlığımızı qorumaq və müxtəlif xəstəliklərin qarşısını almaq üçün ən yaxşı qaynaqlardır. Bəzi qida maddələrinin güclü birləşməsi sağlamlığımız üçün faydaları artırır. Qatıq və zeytun yağı bunlardan biridir. Hər ikisinin öz güclü faydaları var. Ancaq birləşdirildikdə faydasını dəfələrlə artırır.

Foodinfo.az xəbər verir ki, zeytun yağı və qatıq sağlamlığımız üçün əhəmiyyətli faydalar təqdim edən iki qidadır. Qatıq probiyotiklərlə zəngin qidalar arasındadır. Buna görə də həzm sistemimizin sağlamlığını mükəmməl şəkildə qoruyur. Bağırsaq sağlamlığını qoruyaraq müxtəlif bağırsaq xəstəliklərinin qarşısını alır. Bağırsaq sağlamlığı ilə immunitet sistemi arasında əlaqə olduğu üçün qatıq da immunitet sistemini gücləndirir. Qatıq ürəyi qoruyur, həmçinin tərkibindəki kalsium sayəsində əzələ və sümük sağlamlığına dəstək olur. 

Zeytun yağı isə ürəyi qoruyur və aterosklerozun qarşısını alır. Həmçinin tərkibindəki güclü birləşmələr sayəsində damarlarda xolesterinin yığılmasının qarşısını alaraq insult riskini minimuma endirir. 

Zeytun yağı və qatığın güclü birləşməsi bütün bu faydaları dəfələrlə artırır və sağlam yağ və zülal dueti yaradır.