Balqabaq tumları sidik kisəsi və prostat vəzi sağlamlığı üçün çox əhəmiyyətlidir. Xüsusilə menopozdan sonrakı qadınların və yaşlı kişilərin istehlak etməsi lazım olan bir qidadır.
Bu toxumların sağlamlıq faydaları olduqca təsir edicidir. Xüsusilə qatığa qatılaraq istehlak edildikdə orqanizmə bir çox faydalar verdiyi bilinir.
Foodinfo.az balqabaq toxumu ilə qatıq birləşməsinin 5 faydasını təqdim edir:
1. Balqabaq tumları qatıqla birləşdirildikdə orqanizmi yüksək miqdarda protein və liflə təmin edir. Bu həzm sistemi üçün çox faydalıdır və toxluq hissi verir.
2. Bu toxumlar omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir. Onlar qatıqla birlikdə istehlak edildikdə orqanizmdə daha asan sorulur və immunitet sistemini gücləndirir.
3. Maqnezium, sink, dəmir və kalium kimi minerallarla çox zəngindir. Qatıqla birlikdə istehlak edildikdə bu mineralların orqanizm tərəfindən mənimsənilməsi artır və sümük sağlamlığından sinir sistemi funksiyalarına qədər bir çox sahədə fayda təmin edir.
4. Balqabaq tumunun tərkibindəki fitosterollar sayəsində xolesterin səviyyəsinə tarazlaşdırıcı təsir göstərir. Qatıqla birlikdə istehlak edildikdə bu təsir daha da artır və ürək sağlamlığına müsbət təsir edir.
5. Qatıq probiotik xüsusiyyətlərə malik olsa da, balqabaq tumları da həzm sistemi üçün faydalı bakteriyaların inkişafını dəstəkləyir. Beləliklə, həzm sistemi sağlamlığı qorunur və bağırsaq florası balanslaşdırılır.