Məlumat verildiyi kimi sabah Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub.
Bu barədə Foodinfo.az-a məlumat verən Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib ki, bunun bağlı Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli İcra Hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir:
"Həmin şəxslər əvvəlcədən yerli icra orqnlarına müraciət edə bilər. Qeyd edim ki, bu cür yerlərdə kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcək".