Gül kələmi: Qaynadılmış gül kələmi, mədəni turşu hücumlarından qoruyur. Kələm: kələmi nazik zolaqlar halında doğrayıb, salat edin və ya kələmin suyunu sıxıb eyni miqdarda alma suyu ilə qarışdırıb için. Kələm, xora və qastritə qarşı dərman kimi tanınır, mədəyə inanılmaz fayda verir. Digər bir üsulda isə, 1/4 kələmi yuyub, qalın lentlər halında doğrayın. Bir kərəvəzi soyub, bölün. Bir kökü dilimləyin. Kələm, kərəviz və kökün suyunu sıxıb, səhər axşam suyunu için. Alma sirkəsi: Salatlarda xüsusilə alma sirkəsinə üstünlük verin. Bu çox faydalıdır. İspanaq: İspanağı buxarda bişirin ya da qaynadaraq istehlak edin. Təzə yarpaqlarını salat olaraq yeyin. Zeytun yağı: Çiy olaraq istifadə edildiyində, qidaların mədədə qalma müddətini azaldır və yağların həzmi üçün ödün sekresiyasını artırır. Banan: Mədəni sevən meyvələrin başında gəlir. Gün ərzində bir banan yemək, mədədəki yanma hissini aradan qaldırır. Banan, mədə fermentləri və hüceyrələrinin istehsalını da artırır. (deyerler.org)