İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqların ikinci raundunun vaxtı bilinib. Foodinfo.az CNN TÜRK-ə istinadən xəbər verir ki, ikinci görüş iyulun 22-də keçiriləcək. Məsələ ilə bağlı hələlik rəsmi təsdiq yoxdur. Qeyd edək ki, ilk görüş iyulun 13-də İstanbulda baş tutub.