İsti havalarda göbələk yemək olar, amma bəzi qaydalara çox diqqət etmək lazımdır, çünki göbələk tez xarab olan və düzgün saxlanmadıqda qida zəhərlənməsinə səbəb ola bilən qidadır.

Foodinfo.az xəbər verir ki, göbələk tərkibində çoxlu su saxladığı üçün +25°C və yuxarı temperaturda sürətlə bakteriya toplayır. Toplandıqdan və ya kəsildikdən sonra bir neçə saat ərzində soyuducuya qoyulmasa, xarab ola bilər.

Göbələk zəhərlənməsi isti havada daha çox olur, çünki yüksək temperatur mikrobların çoxalmasını sürətləndirir.

İsti havada göbələk yemək üçün qaydalar:

– Alandan dərhal sonra 0–4°C temperaturda saxlamaq lazımdır.

– Alındığı və ya yığıldığı gün bişirmək ən təhlükəsizidir.

– Çiy və ya az bişmiş göbələk risklidir.

– Qoxusu turş və ya selikli görünüş varsa, yemək olmaz.

– Tanımadığınız növü qətiyyən yemək olmaz.