İydə həm dadlı, həm də çox faydalı bir meyvədir. Onun həm meyvəsi, həm də tumu və çiçəkləri xalq təbabətində geniş istifadə olunur. Tərkibində C vitamini, tanin, flavonoidlər və təbii antioksidantlar boldur.

Foodinfo.az iydənin faydalarından bəzilərini təqdim edirik:

– Bağırsaqları möhkəmləndirir, ishala qarşı çox təsirlidir.

– Boğaz ağrısı, öskürək və soyuqdəymə zamanı yumşaldıcı və sağaldıcı təsir göstərir.

– Mədə və bağırsaq selikli qişasını qoruyur, xora və qastrit kimi problemlərdə faydalıdır.

– C vitamini və antioksidantlarla zəngin olduğu üçün immuniteti gücləndirir.

– Qadınlarda aybaşı nizamsızlığını tənzimləməyə kömək edir.

– Yüngül sidikqovucu təsiri ilə bədəndəki artıq mayeni atmağa kömək edir.

– Susuzluğu yatırır və ağız quruluğunu azaldır.

– Yara sağaldıcı və iltihab əleyhinə təsiri vardır.

İydə tumunun da qurudulub üyüdülərək ağrıkəsici kimi istifadə edildiyi hallar olur, amma bu zaman miqdarına diqqət yetirmək vacibdir.

Hamilə qadınların, xroniki qəbizliyi olanların və mədə-bağırsaq tıxanma problemi yaşayanların iydəni çox miqdarda qəbul etməməsi tövsiyə olunur. Hər şeydə olduğu kimi, ölçülü şəkildə yemək daha faydalıdır.