Azərbaycan bu ilin yanvar-iyul aylarında 35 milyon dollar dəyərində 78 min ton kartof  ixrac edib. Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12%, həcm baxımından isə 14,8% azdır.