
Kərə yağının sarı rəngdə olması bir neçə təbii amillə əlaqədardır, əsas səbəbi isə beta-karotin adlı maddədir.
Foodinfo.az xəbər verir ki, inəklər ot və ya yaşıl yemlə qidalandıqda bu yemlərin tərkibində beta-karotin adlı təbii piqment olur.
Beta-karotin yağda həll olunan maddədir və südün yağ hissəsinə keçir. Bu da kərə yağı hazırlananda ona təbii sarımtıl rəng verir. Xüsusilə yay və yaz aylarında inəklər təbii otla qidalandıqda bu rəng daha tünd olur.
Süd nə qədər yağlıdırsa, kərə yağı da bir o qədər rəngli görünür. Yağ miqdarı çox olduqca rəng daha da qızılı-sarı olur.