Kərə yağının düzgün şəraitdə saxlanılmaması onun tez xarab olması ilə nəticələnir. 

Foodinfo.az xəbər verir ki, kərə yağı +2°C–+5°C temperatur aralığında, hava keçirməyən qabda saxlanmalıdır. Bu halda məhsul 1–3 ay keyfiyyətini itirmir. 

Əgər yağ uzun müddət istifadə olunmayacaqsa, onun kiçik porsiyalara bölünərək dondurulmasını tövsiyə edilir. Dondurucuda saxlanılan kərə yağı 6–9 aya qədər öz dadını və strukturunu qoruyur.

Otaq temperaturunda saxlanan yağ yalnız qısa müddət – maksimum 1 həftə təravətli qala bilər. Bunun üçün məhsulun günəş işığından uzaq, qapalı yağqabında və istilik mənbələrindən kənarda saxlanması vacibdir.

Kərə yağı havaya və işığa məruz qaldıqda tez oksidləşir və acı dad alır. Qoxu hopmasının qarşısını almaq üçün məhsulun soyuducuda digər qidalardan təcrid olunmuş şəkildə, xüsusi qabda saxlanması tövsiyə olunur.