Ukrayna rəsmi Kiyevin üç Qara dəniz limanından taxıl ixrac etməsinə icazə verən anlaşmanın şərtlərini yenidən müzakirə etməyə hazırlanır.
Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. 
Hər üç aydan bir yenilənməli olan mövcud müqavilə martın 18-də başa çatır. Ukrayna rəsmiləri yeni müqavilənin – Qara dəniz taxıl təşəbbüsünün bir il müddətinə olmasını istəyirlər. Rəsmi Kiyev həmçinin bu ay limanlarında xüsusilə artan gəmi tıxaclarının qarşısını almaq məqsədilə Türkiyənin quru sularında nəzarət dəstələrinin sayını artırmağa da səy göstərir.

Nurlan