On bir ayın sultanı, Ramazan ayı ilin bütün ayları arasında İslamda ən müqəddəs hesab edilir. Bu müqəddəs ayda insanlar oruc tutur, dua və ibadətlər edir. Ramazan ayı boyunca MADO şəbəkəsi hər il öz müştəriləri üçün xüsusi tədbirlər hazırlayır, özəl desert və yeməklər ilə onları qarşılayır. Hər zaman olduğu kimi ən önəmli detal qonaqların qarşılanması və məmnun şəkildə yola salınmasıdır. İlk gündən başlayaraq, oruc tutan qonaqlarımız üçün sahur süfrəsi hazırlanıb təqdim edilib. Burada əllidən çox çeşiddə müxtəlif yeməklər servis edilir - qəlyanaltılar, isti səhər yeməkləri, pendir və ət məhsulları, xüsusi desertlər, isti və soyuq içkilər, un məmulatları, mövsumə uyğun meyvələr, quru meyvələr, mürəbbələr. Bütün qonaqlarımız bizim sahur süfrəsində iştirak edə bilər. Qeyd edək ki, sahur acıq bufet kimi yalnız MADO Nərimanov şöbəsində servis edilir. Bundan başqa, bütün şöbələrimizdə xüsusi, Ramazan ayına aid desertləri dada bilərsiniz. Bunlardan qonaqlarımızın ən sevdikləri badamparə, şəkərparə, fısqtıqlı və qozlu güllac, rəvani, irmik halvasıdır.