Qırmızı ət insan sağlamlığı üçün vacib olan bir çox qida maddəsi ilə zəngindir. Foodinfo.az xəbər verir ki, əsasən dəmir, sink, B12 vitamini və yüksək keyfiyyətli protein mənbəyidir.
Dəmir, xüsusilə orqanizmdə oksigenin daşınmasını təmin edir və qan azlığı ilə mübarizədə vacibdir.
Sink immun sistemini gücləndirir, B12 vitamini isə sinir sistemi və beyin funksiyaları üçün əhəmiyyətlidir.
Proteinlər əzələ qurulması və toxumaların bərpası üçün vacibdir. Ancaq qırmızı ət istehlak edərkən balansa fikir vermək lazımdır, həddindən artıq miqdarda və ya yağlı hissələri yemək ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Daha çox yağsız və ya orta yağlı hissələr seçərək və bişirmə üsulunu sağlam (qaynama, qızartma yox) seçməklə qırmızı ətdən düzgün şəkildə faydalanmaq mümkündür.