Krevetlər həm baha, həm də olduqca ləzzətli məhsul hesab olunur. Lakin düzgün bişirilmədikdə onların dadı və quruluşu xeyli pisləşə bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Pixelinform mütəxəssisləri krevetlərin “rezin kimi” olmasına səbəb olan əsas səhvləri açıqlayıblar.
1. Həddindən artıq uzun bişirmə
Ən çox rast gəlinən səhv krevetlərin normadan artıq bişirilməsidir. Bir çoxları düşünür ki, məhsul nə qədər çox qaynadılsa, bir o qədər yumşaq olar. Ancaq bu, krevetlərə aid deyil. Onları 5 dəqiqədən artıq bişirmək olmaz, əks halda ət sərtləşir və dadını itirir.
2. Yanlış bişirmə üsulu
Krevetlərin soyuq suya salınaraq bişirilməsi və qaynadıqdan sonra qazanda saxlanılması da onların sərtləşməsinə səbəb olur. Mütəxəssislərin sözlərinə görə, krevet ətindəki zülal artıq 40 dərəcədən etibarən tez laxtalanmağa başlayır.
3. Artıq bişmiş məhsuldan istifadə
Mağazalarda satılan krevetlərin böyük əksəriyyəti əvvəlcədən qaynadılmış olur. Onları yenidən uzun müddət bişirmək məhsulun dadını pozur. Təzə krevetlər adətən boz rəngdə olur, əvvəlcədən bişirilmişlər isə çəhrayı və ya qırmızı çalarda görünür.
Mütəxəssislər aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:
-
yalnız təzə krevetlərdən istifadə edin;
-
bişirmə vaxtını uzatmayın (orta hesabla 5 dəqiqə kifayətdir);
-
krevetləri yalnız qaynar suya salın;
-
bişdikdən sonra onları qazanda saxlamayın.






