Aprelin son həftəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Novosibirsk vilayəti üzrə idarəsinin mütəxəssisləri bu il dondurmanın ilk ixrac partiyasına baytarlıq nəzarəti həyata keçiriblər. Foodinfo.az  APA-ya istinadən xəbər verir ki,  12 ton süd məhsulunun razılaşdırılmış baytarlıq şəhadətnaməsi blankı ilə birlikdə Azərbaycana göndərilməsi nəzərdə tutulub. Novosibirsk istehsalçısı tərəfindən hazırlanan məhsul partiyasının idxalçı ölkənin tələblərinə cavab verdiyi bildirilir.