Dövlət Statistika Komitəsi yanvar-noyabr aylarında ölkədə rəsmi inflyasiya göstəricisini açıqlayıb.
Foodinfo.az FED.az-a istinadən xəbər verir ki, komitənin məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti noyabrda 1,2%, yanvar-noyabr dövründə ötən illə mqayisədə 19,5%, noyabr ayının ötən ilin noyabrla müqayisəsində isə 20,1% bahalaşıb.
DSK-nın məlumatına görə, noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından
daha çox bahalaşma
unun,
manna yarmasının,
makaron məmulatlarının,
peçenyenin,
mal və toyuq ətinin,
balıq konservlərinin,
qatılaşdırılmış şəkərli südün,
pendirin,
yumurtanın,
qarğıdalı yağının,
bananın,
xiyarın, pomidorun,
kartofun, soğanın,
şəkər və şəkər tozunun,
konfetlərin,
çayın,
meyvə şirəsinin qiymətində baş verib.
Noyabr ayında ucuzlaşma isə yalnız meyvətərəvəzin və mövsümi meyvələrin qiymətində müşahidə edilib. Qiymətlərin azalması əsasən
narın,
heyvanın,
xurmanın,
almanın,
naringinin,
limonun,
kələmin,
çuğundurun,
sarımsağın qiymətlərində qeydə alınıb.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib – deyə DSK bildirir.
Son xəbərlər
- AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Günəbaxan yağını harada saxlamaq lazımdır?
- Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi
- Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım
- Çörəyi isti-isti yemək zərərlidirmi?