Amerikalı alimlərin araşdırması şəkərin insan ömrünün qısalmasına təsirini təsdiqləyib.
Foodinfo.az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri araşdırma aparıb və müəyyən ediblər ki, tərkibində çoxlu şəkər olan qazlı içkilər içmək bütün bədən sistemlərinin qocalma prosesində həlledici rol oynayan xromosomların son hissələri olan telomerlərə mənfi təsir göstərir. Alimlər sübut ediblər ki, şəkəri yüksək olan qidaların istehlakını azaltmaqla ömrü 20 ilə qədər uzatmaq olar. Həkimlər həmçinin insanları şirniyyata həddən artıq aludə olmamağa çağırıb və onu “şirin ölüm” adlandırıblar.