
Yay aylarında pomidor şirəsi orqanizmi susuzluqdan qorumaqda və minerallarla təmin etməkdə mühüm rol oynayır.
Foodinfo.az xəbər verir ki, bu təbii içki kalium və maqneziumla zəngindir, bu da ürək və əzələ fəaliyyətinə müsbət təsir göstərir. Dietoloqlar bildirir ki, pomidor şirəsi həm də güclü antioksidant olan likopinlə zəngindir.
Likopin dərinin ultrabənövşəyi şüalardan qorunmasında faydalıdır. Günəşli havalarda bu içkini soyudulmuş şəkildə içmək təravət bəxş edir. Pomidor şirəsi həmçinin bağırsaq fəaliyyətini yaxşılaşdırır. Orqanizmdə iltihabı azaldaraq immun sistemini dəstəkləyir.
Mütəxəssislər onu səhər acqarına içməyi tövsiyə edirlər. Bu, metabolizmin aktivləşməsinə kömək edir.
Əlavə duz və şəkərsiz istehlak edildikdə daha sağlam olur. Yayın ən faydalı və təbii içkilərindən biri kimi pomidor şirəsi süfrələrdə öz yerini möhkəmləndirir.