Qırmızı kürünün incə dadı var, lakin onun sağlamlıq faydaları bir qədər şişirdilib. Foodinfo.az xəbər verir ki, diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq Sputnik radiosuna verdiyi şərhdə bu ləzzət üçün büdcəyə uyğun və sağlam alternativin olduğunu açıqlayıb.
Belə ki, yumurta və həftədə iki və ya üç porsiya skumbriya adekvat əvəzedicidir.
Eyni zamanda, dietoloq vurğulayıb ki, çay balığının kürüsündən qırmızı kürü ilə eyni faydalı xüsusiyyətləri əldə etmək mümkün olmayacaq, çünki tərkibində omeqa-3 yağ turşuları və D vitamini yoxdur.