Kələm qış aylarında rasiona əlavə edildikdə sağlamlığı dəstəkləyən faydalı tərəvəzlərdən biridir. Foodinfo.az kp.ru-ya istinadən xəbər verir ki, dietoloq və terapevt Tatyana Solntseva kələmin vitamin, antioksidant və fitonutrientlərlə zəngin olduğunu, bunun isə immuniteti gücləndirdiyini bildirib. Mütəxəssis qeyd edib ki, bütün xaçvari tərəvəzlər — brokoli, gül kələmi və kələm — həzm üçün faydalı olan həll olunan və həll olunmayan liflər (pektinlər daxil olmaqla) baxımından çox zəngindir.
Solntseva əlavə edib ki, kələmi düzgün hazırlayaraq qış aylarında qidalanma keyfiyyətini yüksəltmək mümkündür. Biologiya fakültəsinin mikrob biotexnologiyası qrupu rəhbəri, “Naука” kanalının aparıcısı Andrey Şestakov isə ev şəraitində turş kələmi hazırlayarkən texnologiyaya riayət etməyin vacibliyini vurğulayıb.
Mütəxəssislərin sözlərinə görə, kələm həm əsas yeməklərdə, həm də salat və turşu kimi əlavə qidalarda istifadə olunduqda qış boyunca bədəni vitamin və minerallarla təmin edir, həzm sistemini dəstəkləyir və xəstəliklərə qarşı müdafiəni gücləndirir.






