
Qurudulmuş duzlu balıq çoxlu faydalı maddələrlə zəngindir. Foodinfo.az bildirir ki, bu barədə Yaponiyalı mütəxəssislər təqdiqat aparıb. Nəticədə aydın olub ki, bu balıq növü omega-3 və proteinlərlə zəngindir. Qurudulmuş duzlu balıq ürək-damar sağlamlığını qorumağa kömək edir, həm də sümükləri gücləndirir.
Alimlər müəyyən ediblər ki, duzlu balığın həddindən artıq istehlakı təzyiqi yüksəldir.Belə ki, duzlu balıqda yüksək natrium miqdarı var. Bu isə bədəndə maye yığılmasına səbəb ola bilər. O da müəyyən edilib ki, qurudulmuş balığın düzgün istehlakı böyrək problemlərini önləyir. Bu balıq növü zəhərlənməni azaldır. Qurudulmuş balıq, orqanizmi vitaminlər və minerallarla təmin edir. Onu düzgün balansla yemək daha faydalıdır.