Sabah Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar ciddi tədbirlər həyata keçiriləcək. Foodinfo.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi  bayramda ət kəsiminin həvalə edildiyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək Belə ki, nazirlik tabeçiliyində olan təsərrüfatlardan imkan daxilində erkək heyvanların bazara çıxarılmasına, orada formalaşacaq işçi qrupunda nümayəndələrimizin iştirakının təmin edilməsinə çalışacaq. Bundan əlavə, müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın.  Nazirlik Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək.