
Bəkməz və tahin sahur süfrələrinin ən faydalı və doyurucu kombinlərindən biridir. Foodinfo.az xəbər verir ki, bu ikili birlikdə istehlak edildikdə həm enerjini artırır, həm də uzun müddət tox qalmağa kömək edir.
Bəkməzin faydaları:
- Dəmir baxımından zəngindir, qan azlığının qarşısını alır.
- Təbii enerji mənbəyidir, gün boyu yorğunluğu azaldır.
- Kalsium və kalium ehtiva etdiyi üçün sümük sağlamlığını qoruyur.
Tahinin faydaları:
- Sağlam yağlarla zəngindir, beyin və ürək üçün faydalıdır.
- Protein və lif tərkibli olduğu üçün toxluq hissini artırır.
- Antioksidantlarla zəngin olduğu üçün immun sistemini gücləndirir.
Bu ikili niyə sahurda ideal seçimdir?
- Yavaş həzm olunduğu üçün aclıq hissini gecikdirir.
- Təbii şəkər və sağlam yağ balansı sayəsində enerji verir.
- Bağırsaq fəaliyyətini tənzimləyərək həzmi asanlaşdırır.
Bəkməz və tahini bərabər miqdarda qarışdırıb çörəklə yeyə və ya qatıqla birləşdirərək daha da faydalı hala gətirə bilərsiniz.