Şimali Koreyada aclıq xəbərinin artmasından sonra yüksək vəzifəli şəxslər lider Kim Çen Inın rəhbərliyi altında kənd təsərrüfatı siyasətini müzakirə etmək üçün bir araya gəlib.

Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın baş naziri Kim Tok-hun və KIP vitse-prezidenti Co Yonq-vonun iştirakı ilə ölkədə ilk dəfə olaraq yalnız kənd təsərrüfatı siyasətinin müzakirə edildiyi plenar iclas keçirilib.

Ölkədə bu cür plenar iclaslar ildə bir və ya iki dəfə keçirildiyi qeyd edilsə də bu, iki ayda ikinci iclas keçirilib. Digər tərəfdən, raket proqramı və təbii fəlakətlər səbəbindən Pxenyan administrasiyasına tətbiq edilən beynəlxalq sanksiyaların yaratdığı ərzaq qıtlığı pandemiya zamanı Çin sərhədlərini bağladığı üçün daha da pisləşdi.

BBC Cənubi Koreyanın peykdən çəkilmiş görüntülərinə görə Şimali Koreyanın 2022-ci ildə 2021-ci ilə nisbətən 180 min ton az ərzaq istehsal etdiyini bildirib.

Bununla belə, KİP-in rəsmi qəzeti olan Rodong Sinmun fevralın 22-də dərc etdiyi redaksiya məqaləsində ölkənin problemlərinin öz resursları hesabına həll edilməli olduğunu müdafiə edib.

“İmperialistlərdən dəstək almaq ölkəni talan tələsinə salır” sözlərin yer aldığı məqalədə ərzaq yardımı edəcək xarici ölkələrin Şimali Koreyanın daxili işlərinə qarışa biləcəyi irəli sürülüb.