Şokoladlı süd həm ləzzətli, həm də qida dəyəri yüksək bir içkidir. Ancaq bu içkinin faydaları və mümkün zərərləri barədə məlumatlı olmaq vacibdir.

Foodinfo.az xəbər verir ki, şokoladlı süd uşaqlar üçün kalsium mənbəyidir. Kalsium güclü sümüklərin və dişlərin inkişafı üçün vacibdir. Südün tərkibində olan kalsium uşaqların düzgün böyüməsi üçün lazımlıdır.

Şokoladlı südün tərkibində olan protein uşaqların əzələ inkişafı və ümumi bədən funksiyaları üçün çox əhəmiyyətlidir.

Bu süd karbohidrat və şəkər tərkibi ilə uşaqların enerjisini artırır. Bu xüsusilə fiziki fəaliyyət göstərən uşaqlar üçün vacibdir.

A, D, və B vitaminləri, maqnezium və fosfor kimi müxtəlif vitaminlər və minerallarla zəngin olan şokoladlı süd uşaqların ümumi sağlamlığına və inkişafına kömək edir.

Şokaladlı südün tərkibində yüksək şəkər miqdarı ola bilər. Çoxlu şəkər istehlakı isə uşaqlarda kilo artımına və diş çürüklərinə səbəb ola bilər. Tərkibindəki az miqdarda olan kofein uşaqların yuxu rejiminə mənfi təsir edə bilər.

Bəzi uşaqların süd və ya şokolada qarşı allergiyası bilər. Allergik reaksiyalar riskini nəzərə alaraq diqqətli olmaq vacibdir.

Ev şəraitində şokoladlı süd hazırlamaq şəkər miqdarını nəzarət altında saxlamağa imkan verir. Həmçinin təbii kakao tozu və az şəkər istifadə edə bilərsiniz.

Şokoladlı süd uşaqlar üçün bir çox fayda təmin etsə də, miqdarı və tərkibi nəzərə alınmalıdır.