Portağal suyundan tutmuş sink pastillərədək (sorma dərman), toyuq şorbasından tutmuş sarımsağa qədər soyuqdəymə üçün bir çox dərman təklifi barədə eşitmisiniz. Bəs bunların həqiqətən də faydası varmı?
Soyuqdəymə hər kəsin yoluxduğu bir xəstəlik olaraq qlobal əhəmiyyətə malikdir.
Bu xəstəliyə səbəb olan 200-dən artıq virus və hardasa bir o qədər də dərman deyə təklif edilən müalicə üsulu eşitmisiniz.
Evdə tətbiq etdiyimiz müalicələrin məqsədi immun sistemini gücləndirməkdir. Virus daxil olan zaman o, bədəndə iki müdafiə mexanizmi ilə qarşılaşır.
İmmun sistemi daxil olan virusları xarıcə atmağa çalışır.
Sonradan əldə olunmuş immunitet bədənin qarşılaşdığı xəstəliyə səbəb olan müəyyən patogenləri hədəfə alır və təkrar qarşılaşma olarsa hazırlıqlı olmaq üçün xatırladıcı hüceyrələr yaradır.
Su çiçəyi kimi bəzi uşaq xəstəliklərinə sadəcə bir dəfə yoluxmağın səbəbi budur.
Soyuqdəyməyə səbəb olan virus isə bir insandan digərinə keçən zaman davamlı olaraq dəyişir.
Xatırladıcı hüceyrələr buna görə onları tanıya bilməz və dəfələrlə soyuqdəyməyə yoluxa bilərik.
Qidalanmanın immun sistemə təsir göstərdiyi məlumdur
Həm həyat tərzi, həm də qidalanma immun sisteminin nə qədər güclü olduğuna öz təsirini göstərir.
İmmun sistemi hər hansı bir vitamin və ya mineral çatışmazlığı olan zaman zəifləməyə başlayır.
Buna görə də, əgər yaxşı bir qidalanma rejimimiz varsa, soyuqdəyməyə qarşı immuniteti möhkəmləndirəcək əlavə qidanın və vitaminlərin bir o qədər faydası olmayacaq.
Hər hansı bir vitamin, sink və dəmir kimi mühüm qida çatışmazlığı olan zaman əlavə qida və ya vitaminlər faydalı ola bilər.
Bəs ümumi istifadə baxımından əlavələr çarədirmi?
Əlavə qidalanmanın soyuqdəyməyə faydası olub-olmadığına dair araşdırmalar hansısa qida məhsulu üzərində deyil, vitamin əlavələri üzərində dayanıb.
Sarımsağın soyuqdəyməyə qarşı qoruyucu təsirə malik olduğu müəyyən edilib
Sarımsaq
Bir araşdırma zamanı sarımsağın soyuqdəyməyə qarşı müdafiə edici təsir müşahidə olunub. 146 sağlam insan üzərində keçirilən təcrübə qışda 12 həftəni əhatə edib.
Bu müddət ərzində iştirakçıların yarısına placebo həbi (heç bir təsiri olmayan həb), yarısına isə kapsul şəklində sarımsaq əlavəsi verilib.
İlk qrupda 65 soyuqdəymə halının ortaya çıxdığı və 366 günün xəstəliklə keçdiyi qeyd edilib. Sarımsaq əlavəsi verilən qrupda isə 24 soyuqdəymə halı və 111 xəstə günü qeydə alınıb.
C Vitamini
Soyuqdəyməyə qarşı çox insanın müraciət etdiyi əlavələrdən biri də C vitaminidir. Bəzi araşdırmalarda C vitamininin də faydalı olacağı, lakin bunun hesab edildiyi qədər olmadığı məlum olub.
Niyə vitamin həbləri təsir göstərmir və sizin üçün pis nəticəyə səbəb olar bilər?
Əqli gücü artırmağın səkkiz yolu
Bu istiqamətdə aparılan 29 tədqiqatı dəyərləndirən araşdırmanın nəticələrinə görə, C vitamini əlavəsi soyuqdəymə riskini azaltmaq və ya əlamətlərini zəiflətmək təsirinə malik deyil.
Lakin xəstəlik müddətinin uşaqlarda 14 faiz, böyüklərdə isə 8 faiz nisbətində azaltdığı müşahidə olunub.
Tərkibindəki C vitamini düşüncəsiylə soyuqdəymə üçün tövsiyə edilən portağal suyu isə heç də işə yaramır. Çünki bir fincan portağal suyunun tərkibindəki
C vitamini əlavə həblərdəkindən çox aşağıdır.
Portağal suyunun soyuqdəyməyə bir o qədər təsiri yoxdur
Sink
Bir araşdırmada gündəlik qəbul edilən sink pastillərinin burun tıxanması və axması müddətini üçdə bir, asqırmağı 22 faiz, öskürməni isə təqribən 50 faiz nisbətində azaltdığı müşahidə olunub.
Əlamətlərin başladığı gündən etibarən gün ərzində 80 mg miqdarında qəbul edilən sink turşusu pastillərinin soyuqdəymənin müalicəsində təsirli olduğu məlum olub.
Mütəxəssislər vitamin və mineralların əlavə həblərdən çox ən yaxşı qidaların qəbulu yoluyla alınacağını vurğulayırlar.
Lakin C vitamini kimi bəzi növləri yüksək miqdarda qəbul etmək üçün əlavə həblər daha təsirlidir. Sink baxımından da eyni şey düzgündür. Sorma növdən olan sink pastilləri sink baxımından zəngin qida və həblərdən daha təsirlidir.
Çünki sink təmasda olduğu yerdə təsirlidir. Lakin araşdırmadan əvvəl iştirakçıların C vitamini və sink səviyyələri ölçülmədiyi üçün qeyd edilən müsbət təsirin əlavədən çox bədəndəki bu çatışmazlığın aradan qalxmasından qaynaqlana biləcəyi bildirlir.
Sorma sink pastilləri bəzi soyuqdəymə əlamətlərini azaltmağa kömək edir
Toyuq şorbası və portağal suyu kimi xalq arasında soyuqdəymə müalicəsində istifadə edilən üsulların faydası placebo təsiri ilə əlaqədar ola bilər.
Plasebo dərmanlarının sancıdan tutmuş narahat bağırsaq sindromuna qədər bir çox xəstəlikdə əlamətləri zəiflətdiyi məlumdur. Lakin bunun nədən qaynaqlandığı məlum deyil.
Exinaseya kimi bitki tərkibli dərmanların soyuqdəyməyə kömək etdiyinə inananlarda xəstəlik müddətinin azca azaldığı, inanmayanlara və ya xəbər verilmədən exinaseya verilən insanlara isə hansısa bir təsiri olmadığı müşahidə edilib.
Südlə bağlı da eyni vəziyyətdir. Soyuqdəymə zamanı südün bəlğəm gətirdiyinə inananlar süd içdikdən sonra bunun təsirini hiss etdiklərini söyləyirlər. Lakin araşdırmalar bunun həqiqət olmadığını ortaya qoyub.
C vitamini əlavəsiylə qeyd edilən müsbət təsir əlavədən çox bədəndəki çatışmazlığın aradan qalxmasıyla bağlı ola bilər
Bəzi insanların genləri onları müəyyən xəstəliklərə qarşı daha müqavimətsiz edir.
Buna görə də genetik fərqlərin əhəmiyyətli olduğu vurğulanır. Bəziləri soyuqdəymənin fərqində belə olmur, digərləri isə yataqdan qaxa bilmir.
İmmun sistemində hansısa bir problem olmayan insan üçün soyuqdəyməyə qarşı bir az sink və sarımsaq əlavəsi faydalı ola bilər.