
Stres və qida arasında sıx əlaqə olduğu artıq elmi sübutlarla təsdiqlənib. Foodinfo.az bildirir ki, psixodiyetoloq Alyona Romanova bu əlaqənin fizioloji və psixoloji əsaslarını izah edib. Onun sözlərinə görə, stress hormonları – kortizol və adrenalin – bədənə “təhlükə” siqnalı verir.
Nəticədə bədən enerjini qorumaq üçün daha çox qida qəbuluna yönəlir. Xüsusilə şokolad, un məmulatları və fast-food kimi yüksək kalorili yeməklərə meyil artır. Bu vəziyyət “emosional aclıq” adlanır və real qida ehtiyacı ilə əlaqəli deyil.
Romanova bildirir ki, belə hallarda fiziki fəaliyyət, nəfəs məşqləri və meditasiya faydalıdır. Stress zamanı su içmək və yüngül, lifli qidalarla doymaq kömək edə bilər. Əgər emosional yemə vərdişi davamlı hal alırsa, psixoloq dəstəyi vacibdir. Tətbiq edilə bilən üsullardan biri də qida gündəliyidir. Bu vərdişin fərqinə varmaq sağlamlığın qorunması üçün ilk addımdır.