Endokrinoloq Mariya Kaloshina sağlamlığına zərər vermədən arıqlamaq istəyənlər üçün sadə və təsirli tövsiyələrini bölüşüb. Foodinfo.az bildirir ki, RİA Novosti-yə müsahibəsində həkim qeyd edib ki, asanlıqla və sağlamlığınıza zərər vermədən arıqlaya bilərsiniz. Məsələn, qida rasionunuzda lifin miqdarını artırın.

O, tərəvəzlərin liflə zəngin olduğunu qeyd edir. Uzunmüddətli toxluq hissi verir, qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir və xolesterin səviyyəsini aşağı salır. Endokrinoloq tərəvəzlərlə yanaşı, daha çox işlənməmiş qidalar yeməyi tövsiyə edir. Onlar sizə daha uzun müddət tox qalmağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edəcəklər.