“Veysəloğlu Şirkətlər Qrupu” ölkədə iqtisadı sahədən yazan jurnalistlərı maarıfləndirmək məqsədi ilə “Biznes xəbərlərinin yazılması” mövzusunda təlim təşkir edir.
Foodinfo.az xəbər verir ki, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində “Veysəloğlu Şirkətlər Qrupu” yeni layihəyə start verir. Lahiyənin məqsədi Azərbaycanda iqtisadiyyat sahəsindən yazan jurnalistlər arasında maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Yeni layihə çərçivəsində ilk təlim 4-5 may tarixində Bakıda keçiriləcək.
Treninqdə yerli və xarici ekspertlər, millət vəkilləri, eləcə də ölkədə tanınmış biznes jurnalistləri təqdimatlarla çıxış edəcək, interaktiv “workshop”-lar keçirəcəklər.
“Biznes xəbərlərinin yazılması” mövzusunda treninq 4-5 may tarixində, Hyatt Regency Baku otelində keçiriləcək. Yerlər məhduddur.
Təlimdə iştirak etmək istəyən jurnalistlər gunel.hasanova@veyseloglu. az elektron ünvanına göndərə və ya (050) 550 57 60 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.