Professor Canan Karatay təşkil etdiyi seminarda verdiyi açıqlamalar ilə yenidən gündəmə gəlib.
Xərçəng yaradan məhsullar haqqında məlumat verən həkim doğru bilinən yanlışlardan danışıb.
Balın içərisində bol miqdarda flükoz və qlükoza olduğunu deyən Karatay bu maddələrin qaraciyəri yağlandırdığını və şəkər xəstələri üçün zərərli olduğunu bildirib.
Çörək və şəkərin "zəhər" olduğunu hər çıxışında dilə gətirən professor gündəlik iki dilim buğda çörəyi yeməyin şəkərdən daha zərərli olduğunu sözlərinə əlavə edib. Canan Karatayın açıqlamalarına görə, taxılın insulin təsiri yaratdığı və bunun da xərçəngə yol açdığı müəyyən edilib.
Təbii zeytun yağı və kərə yağı istifadə etməyi məsləhət görən həkim marqarinin içərisində yer alan Omeqa 3-ün qatqı olduğunu dilə gətirib. O, trans yağların iltihaba səbəb olduğunu bildirib.
Həkim "C vitamini yalnız meyvə sularında var" fikrini yalanlayıb. Meyvə suyunun spirtli içkilərdən fərqi olmadığını bildirən Karatay meyvə suyu içməyin qaraciyəri yağlandırdığını bildirib. (Metbuat.az)