İnsan bədənindəki yağları əzələ kütləsinə çevirəcək qidalar mövcuddur. Foodinfo.az bu barədə “Türkiye” qəzetinə istinadən xəbər verir.
Tərkibində protein olan həmin qidalar sırasına toyuq daxildir.

Bu məhsulu zeytun yağında qızardaraq yemək məsləhətdir. Bundan əlavə mərcimək və noxud da yağlarımızı əzələyə çevirməyimizə yardım edə bilər. Bu iki məhsul balanslı şəkildə qidalanmağımıza yardım göstərəcək.

Bunlarla yanaşı qırmızı ət, yumurta, zeytun yağı, balıq yağı, brokoli kimi məhsullar da sağlam arıqlama və bədənimizi formaya salmağımıza yardım edəcək.

Fərid