
Yay mövsümündə bəzi qidalar bədəndə şişkinlik və narahatlıq yaradır. Foodinfo.az xəbər verir ki, amerikalı dietoloq Cynthia Sass "EatThis, NotThat!" portalına açıqlamasında isti havalarda qazlı içkilər, konservləşdirilmiş qidalar və ağ çörəyin istehlakını minimuma endirməyi tövsiyə edib.
Onun sözlərinə görə, bu məhsullar orqanizmdə duz və şəkər balansını pozaraq suyun tutulmasına səbəb olur. Sass bildirib ki, xüsusən qazlı içkilər və paketlənmiş hazır şorbalar orqanizmdə əlavə şişkinlik yaradır. Dietoloq qeyd edib ki, yay aylarında ən yaxşı seçim təzə tərəvəzlər, yüngül salatlar və təmiz su qəbul etməkdir.
Mütəxəssisin fikrincə, suyun içinə nanə, limon və xiyar əlavə etmək həm susuzluğu yatırır, həm də orqanizmi rahatladır. Cynthia Sass əlavə edib ki, isti havalarda duzlu və ağır yeməklərdən uzaq durmaq vacibdir.