Dieotologiya sahəsində fəaliyyət göstərən elm adamları qida qəbulundan sonra tövsiyə olunmayan fəaliyyətləri açıqlayıb. Foodinfo.az Rusiya KİV-ə istinadən həmin məlumatları təqdim edir. 

Alimlər qeyd edirlər ki, ilk növbədə yemək yeyərkən meyvə qəbulunu həyata keçirmək olmaz. Bununla yanaşı yemək yeyərkən su və çay içmək də məqsədəuyğun hesab edilmir. Həmçinin dietoloqlar qida qəbulundan 15-20 dəqiqə sonra gəzintiyə çıxmağı məsləhət görürlər. 

Həkimlər eyni zamanda qidalanma ərəfəsində isti vanna qəbul etməyi tövsiyə etmirlər, çünki bu zaman mədədə qan dövranı artır və bu həzmə mane ola bilər. 
Dietoloqlar qida qəbulundan sonra yatmağı da məsləhət görmürlər. Bu zaman mədə şirəsinin bir hissəsi qida borusuna axaraq orada fəsadlar törədə bilər.

Fərid