
Yağsız məhsullar, xüsusilə pəhriz edənlər arasında populyar seçimlərdəndir. Foodinfo.az bildirir ki, bu məhsulların sağlamlığa təsiri hər zaman müsbət olmur. Yağsız etiketli məhsullar çox vaxt əlavə şəkər və ya süni maddələr ehtiva edir.
Bu da məhsulun kalori miqdarını azalda bilsə də, qida dəyərini zədələyir. Yağsız məhsullarda təbii yağların yerinə sintetik maddələr və konservantlar istifadə edilə bilər. Bu da uzun müddətli istifadədə orqanizmə zərərli təsirlər göstərir. Təbiətdəki yağlar orqanizm üçün faydalıdır və müəyyən hormonların istehsalında rol oynayır.
Həmçinin, yağsız məhsulların bəzi qida maddələrinin sorulmasını çətinləşdirə bilər. Üstəlik, təbii yağlar bədənin doymasını təmin edir və aclıq hissini azaldır. Bunun əksinə olaraq, yağsız məhsullar daha çox kalori ehtiva edir və tez-tez iştah artımına səbəb olur. Məhz bu səbəbdən, məhsulun tərkibini diqqətlə yoxlamaq və balanslı qidalanmağa üstünlük vermək önəmlidir.