Yaşıl çay ekstraktının və fiziki məşğələlərin kombinasiyası qara ciyər piylənməsi kimi ağır xəstəliyin fəsadlarının 75%-ni aradan qaldırır. “MedicalXpress” xəbər verir ki, bu nəticələr siçanlar üzərində aparılan tədqiqatlar sayəsində əldə edilib. Tədqiqatlar zamanı bir qrup siçanlara 16 həftə ərzində yağlarla zəngin qida veriblər. Bundan əlavə bu siçanlar yaşıl çay ekstraktı ilə qidalanaraq mütəmadi olaraq xüsusi idman təkərində qaçıblar. Digər qrup isə yalnız yağlı qida alıb. Tədqiqatın sonunda ikinci qrupla müqaisədə birinci qrupdakı siçanların qara ciyərində dörd dəfə daha az lipid ehtiyyatlarının olması müəyyən edilib.
Beləliklə, yaşıl çay içməklə məşq etməyin qara ciyər piylənməsinə qarşı səmərəli mübarizə metodu ola biləcəyi təsbit edilib. (Oxu.az)
Son xəbərlər
- Mal əti sağlam qalması üçün necə düzgün qızartmaq olar?
- Müntəzəm olaraq duzlu kələm yedikdə orqanizmdə nə baş verir
- Təyyarədə bu qidaları yemək məsləhət deyil
- Bu məhsul sümüklərinizi gücləndirəcək
- Üzümün bu faydalı xüsusiyyətləri üzə çıxdı
- Bu iki qida daha sürətli arıqlamağınıza kömək edəcək