Səhər yeməyinizə düzgün əlavələr etdikdə qarın nahiyəsindəki yağlarla mübarizə bir az asanlaşa bilər. Yumurtanın zülal mənbəyi kimi faydasını hamımız bilirik, lakin ona iki xüsusi inqrediyent əlavə etsəniz, omletinizi artıq kilolarla mübarizədə "silah"a çevirə bilərsiniz.

Foodinfo.az arıqladan səhər yeməyinin reseptini təqdim edir.

Əlavə maddələr:

İspanaq. Bu yaşıl yarpaqlı tərəvəz liflə zəngin olduğu üçün toxluq hissinin daha uzun müddət yaşanmasına kömək edir və çox yeməyin qarşısını alır. Bundan əlavə, ispanaqda maddələr mübadiləsini sürətləndirən bir çox vitamin və minerallar var.

Avokado. Sağlam yağları ilə tanınan avokado həm də toxluq hissini artırmağa kömək edir. Avokadonun tərkibindəki mono doymamış yağlar pis xolesterini aşağı sala və ürək fəaliyyətini yaxşılaşdıra bilər.

Hazırlama qaydası: 

Xırda doğranmış ispanaqları tavada azca pörtün, üzərinə doğranmış avokado əlavə edin və bir az qızardın. Sonra yumurtaları yüngülcə çırpıb yeməyə qatın və istədiyiniz hala gələnə qədər bişirin.

Bu sadə, lakin təsirli səhər yeməyi həm sizi doyduracaq, həm də bel ətrafındakı piylərin ərimə prosesini sürətləndirəcək.

Fərid