Sağlam dərinin qorunmasında yerkökü mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, bu tərəvəz tərkibindəki qida maddələri sayəsində dəriniz üçün əsl xəzinədir. Yerkökü bədəndə A vitamininə çevrilə bilir ki, bu da dərini vaxtından əvvəl qocalmadan qoruyur. Kök suyu və kök əsaslı maskanın müntəzəm istifadəsi qırışları azaltmağa, dərinin elastikliyini yaxşılaşdırmağa və ona sağlam, parlaq görünüş verməyə kömək edə bilər.

Yerkökü dərinin nəmləndirilməsini yaxşılaşdırmağa və dərini yumşaltmağa kömək edən C vitamini və bir çox digər suda həll olunan antioksidanları ehtiva edir. Həmçinin yerkökü suyu dəridə qan dövranını yaxşılaşdırmağa və yaraların və iltihabın sağalmasına kömək edə bilər.

Leyla