Endokrinoloq, dietoloq, tibb elmləri namizədi, SM-Clinic eksperti Oksana Mixaleva bayram günlərində artıq çəki almamaq barədə tövsiyələr verib.

Foodinfo.az xəbər verir ki, ekspert “İzvestiya” qəzetinə müsahibəsində uzun həftə sonlarında tərəvəz və meyvələrin payını artırmağın məqsədəuyğun olduğunu bildirib.

Mixaleva qeyd edib ki, adi pəhrizinizi saxlamaq və fiziki fəaliyyəti unutmamaq da vacibdir.

“Həm müntəzəm gəzintilər, həm də digər fəaliyyətlər uyğundur. Məsələn, konki sürmək və ya xizək sürmək olar. Əsas odur ki, bütün bayramları evdə süfrə arxasında keçirməyin”, - diyetoloq əlavə edib.