İllərdir mətbəxlərdən ürəklərə yol tapan “FİNAL” markası dekabrın 15-də arzuları reallaşdıran layihəyə start verdi. “FİNAL” markasının təşəbbüsü ilə Park Bulvar alışveriş və əyləncə mərkəzində “Arzu qutu”su yerləşdirildi. “Ürəyindəki arzunu yaz, FİNAL gerçəkləşdirsin!” mesajlı qırmızı qutu kiçikdən böyüyə hamının diqqətini çəkdi. 1 ay müddətində insanlar öz arzu və diləklərini zərflərə yazıb, bu qutuya atdılar. Beləcə 200 məktub toplandı. Ürəklərin dostu olan “FİNAL”markası isə 13 yanvarda bütün arzu və istəkləri gerçəkləşdirdi. Məktubuna cavab gözləyənlərə elə həmin məkanda Şaxta baba hədiyyələrini təqdim etdi. “FİNAL” markası 200-ə yaxın insanı arzusuna qovuşdurdu. Şokoladdan tutmuş, velosipedə qədər arzulanan bütün hədiyyələr öz sahibini tapdı. Uğurlu sosial layihənin ən təsirli məqamı fiziki məhdudiyyətli iştirakçının əlil arabası arzusunun gerçəkləşdirilməsi oldu. Yüksək əhval ruhiyyədə keçən tədbirdə müğənni Ülviyyə Rəhimova, Roza Zərgərli və digər incəsənət ustalarının rəngarəng ifaları səsləndi.   https://youtu.be/y1HcHJedM1o