Payızda yetişən heyva almadan daha çox dəmir ehtiva edir, qurmanlar ondan dadlı yeməklər hazırlayırlar. 

Foodinfo.az xəbər verir ki, terapevt və qastroenteroloq Polina Şubina heyvanın digər faydalı xüsusiyyətlərini də açıqlayıb.

Onun sözlərinə görə, bu mövsümi payız meyvəsi soyuqdəymə ilə mübarizə aparmağa və həzm sisteminizin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Meyvənin 100 qramı gündəlik dəmir ehtiyacının təxminən 20%-ni ödəyir.

Heyvanın çoxlarının bilmədiyi 3 faydalı xüsusiyyəti:

1. Mədə xəstəliklərinə kömək edir.
Heyvanın tərkibində çoxlu pektin və taninlər var, buna görə də müəyyən mədə-bağırsaq patologiyalarının müalicəsində uğurla istifadə olunur. Həzmsizlik və mədə xəstəlikləri zamanı kömək edə bilər.

2. Ürək fəaliyyətinə kömək edir.
100 qram heyvanın tərkibində 13-15 mq C vitamini (gündəlik tələbatın 20-25%-i), 3 mkq B9 vitamini (fol turşusu), B vitaminləri və normal hemoglobin səviyyəsini saxlamaq üçün lazım olan 3 mq dəmir var. Bu tərkib sayəsində heyva qan damarlarının divarlarını gücləndirir, ürək xəstəliklərindən, eləcə də tənəffüs yolu infeksiyalarından qoruyur.

3. Ürək bulanması və mədə yanmasını aradan qaldırır.
Son tədqiqatlar göstərir ki, heyva hamilə qadınlarda və uşaqlarda təkrarlanan qusma və mədə yanmalarının müalicəsində uğurla istifadə edilə bilər. Lakin hamilə qadınlar gündə 2-3 ədəddən çox heyva yeməməlidirlər, üç yaşdan kiçik uşaqlara isə heyva yemək ümumiyyətlə olmaz.

Onu da əlavə edək ki, payızda bu faydalı və dadlı meyvədən ləzzətli yeməklər də hazırlaya bilərsiniz. Şirniyyat sevənlər mürəbbə, marmelad, kompot və s. biçirə bilər. Heyva, həmçinin,  quzu və ördək əti, eləcə də pendirlə yaxşı gedir.