Alman diyetoloq Eva-Mariya Fom Brux "Focu.de" portalına immun sistemini gücləndirən ideal məhsullar barədə danışıb. Foodinfo.az “qafqazinfo”ya istinadən həmin 6 məhsulu sizə təqdim edir: İspanaq. A vitamini ilə zəngin olan bu məhsul viruslardan qorunmada vacib rol oynayan selikli qişaların sağlamlığını dəstəkləyir. Məhsulun tərkibində, həmçinin çox miqdarda dəmir var. Dəmir çatışmazlığı immun sisteminin zəifləməsinə gətirib çıxarır. Kök. Kökün tərkibində çox miqdarda karotinoidlər (orqanizmdə A vitamininə çevrilən maddələr) var. Onlar antioskidant təsir göstərir, immun sistemini ideal şəkildə dəstəkləyir. Balıq. Balığın tərkibində B qrupu vitaminləri, çox miqdarda sink, selen var. Sonuncu iki mineral orqanizmin qoruyucu gücünü möhkəmləndirən son dərəcə vacib mikroelementlərdir. Çərəz (qoz, fındıq, badam və s.) və toxumlar. Onların tərkibində faydalı qida maddələri var: E vitamini, sink, selen, mis. Onlar immun sisteminin zəifləməsinə qarşı ideal mübarizə aparır. Kələm. Bu tərəvəz (xüsusilə də qırmızı kələm) qış aylarında orqanizmi A, C vitaminləri və selenlə təmin edir. Kartof. C vitamini ilə zəngin olan kartofun tərkibində həmçinin ürək-damar sistemini möhkəmləndirən kalium var.