Həkimlərin sözlərinə görə, kivinin tərkibindəki yüksək lif və xüsusi fermentlər bağırsaq sağlamlığını gücləndirir və qəbizliyin qarşısını alır. 

Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, gündəlik 1–2 kivi istehlakı bağırsaq hərəkətlərini sürətləndirir, həzmi yüngülləşdirir və nəcisin yumşalmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, kivi bağırsaqlardakı faydalı bakteriyaların çoxalmasına da şərait yaradır, bu isə uzunmüddətli həzm problemlərinin qarşısını almağa yardım edir.

Bununla belə, həkimlər həddindən artıq kivi istehlakının qarın ağrısı və ishala səbəb ola biləcəyini vurğulayır.

Sağlam həzm üçün gündə 1–2 ədəd kivi kifayət hesab olunur.