Orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox maddələri ətdən alırıq. Buna insanın həzm sistemində amin turşulara kimi parçalanan zülallar aiddir. Çünki bu aminturşulardan orqanizm ona lazım olan zülalları sintez edir.
Orqanizm daim qida ilə zülal almalıdır. İnsan zülalları həm bitkilərdən, həm də ətdən alır. Lakin ətdən zülallar almaq daha asandır. Ətdə insanın orqanizmi üçün bütün lazım olan əvəzolunmaz turşular var. Beləliklə, gün ərzində 1 neçə tikə ət yeməklə insan orqanimin zülallara olan ehtiyacını tam ödəyə bilər.
Nəyə görə zülal bu qədər lazımdır?
Çünki zülal orqanizmdə bizim dərimizin, daxili orqanlarımızın, əzələlərimizin, gözlərimizin, immun və qan sistemlərimizin və s. əsasını təşkil edir. Zülallar orqanizmin fəaliyyəti üçün lazım olan maddələri özünə birləşdirir və orqanizmin müxtəlif yerlərinə çatdırır. Yəni nəqliyyat funksiyasını icra edir.
Əgər uzun müddət ərzində insan orqanizminə zülallar daxil olmazsa, nə baş verər?
Orqanizm zülal çatışmazlığından əziyyət çəkdikdə, dəri qocalmağa başlayır. Çünki dərimiz kollaqen zülalından ibarətdir. O olmadıqca, dəri qırışır və sallanır. Eyni zamanda dirnaqlar da kövrək, saçlar quru və cansız görünür.
Zülaların çatışmazlığı zamanı insanın hormonal fonunda pozulmalar yaranır. Zülalların çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb olur.
Burada ən çox zərər görən uşaqlardır. Zülalların çatışmazlığı uşaq orqanizmi üçün xüsusilə ziyanlıdır. Bu halda uşağın inkişafı və boyatması ləngiyir.
Yəni ət insan orqanizmi üçün çox vacib qidadır. Dietoloqların araşdırmalarına görə, hər gün 100 qr ət yeyən insan orqanimini bütün lazım olan aminturşular və dəmirlə təmin edir. Əzələ toxuması çox olan, ağır fiziki işlə məşğul olan kişilərə gün ərzində 2-3 dəfə çox ət tələb olunur. Ət yağsız olmalıdır və suda, buxarda və ya sobada (folqada, yağ əlavə olunmadan) bişirilməlidir. Qızardılmış, hisə verilmiş ət, kolbasa və sosis məmulatları, ət konservləri sağlamlıq üçün ziyanlıdır.