Son illərdə probiyotiklər, xüsusilə yoqurt, kefir və fermentləşdirilmiş qidalar böyük maraq doğurur. Foodinfo.az xəbər verir ki, bu qidaların bağırsaq mikroflorasını gücləndirməsi elmi cəhətdən sübut olunub.

Amerikalı mikrobioloq Dr. Michael Gershon “The New York Times”a açıqlamasında deyib ki, probiyotiklər bağırsaqda yaxşı bakteriyaların sayını artıraraq həzm prosesini yüngülləşdirir və immun sistemini gücləndirir: “Mütəmadi probiyotik istifadəsi ishal, qəbizlik və hətta depressiyanın azalmasına kömək edə bilər”.

Araşdırmalar göstərir ki, xüsusən antibiotik kursundan sonra probiyotik qidalar bağırsaq florasının bərpasında vacib rol oynayır.

Mütəxəssislər balanslı qidalanma üçün gündəlik rasiona təbii probiyotiklər – yoqurt, kefir, turşu kələm və digər fermentləşdirilmiş məhsullar daxil etməyi məsləhət görürlər.