Əsas yeməkdən iki saat əvvəl və ya iki saat sonra qovun yemək daha yaxşıdır. Foodinfo.az xəbər verir ki, bu məhsul “ağır” hesab edilir.
Qovun mədədə deyil, yalnız nazik bağırsaqda fermentasiya olunur. Bu, şişkinlik, gəyirmə və nəcis pozğunluqlarına gətirib çıxarır, çünki digər qidalar mədədə həzm olunmağa vaxt tapmayıb və bağırsaqlarda həzm oluna bilmir.
Qovun yüksək glisemik indeksə malikdir, yəni o, tez sorulur və insulin səviyyəsində kəskin sıçrayış yaradır.