Qidalı yeməklər hazırlamaq və balanslaşdırılmış pəhriz həmişə o qədər də asan deyil. Xüsusən də bütün gün işləyirsinizsə və tək yaşayırsınızsa bu çətin olacaq. Foodinfo.az xəbər verir ki, belə insanlar tez-tez gündəlik işini sadələşdirməyin yollarını axtarır, hazır yeməklərə və ya fast fooda üstünlük verirlər.
Ancaq yemək bişirmək istəmirsinizsə və ya buna kifayət qədər vaxtınız yoxdursa, məqbul fast food variantlarını seçmək tövsiyə olunur. Buna dəniz məhsulları, vegetarian pizza, falafel daxil ola bilər.