Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 18-də ölkə üzrə 442 ictimai iaşə obyektində 795 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 3 ünvanında yerləşən, hüquqi şəxs "BIG İDEA" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Vintage Gastro” kafesi;
2. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva 3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Rahim Rabil oğluna məxsus “Köz plus” kafesi;
3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;
4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Şüvəlan yolunda yerləşən, fiziki şəxs Kərimov Qadir Vəli oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Çopurov Elvin Araslan oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 103 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Ayaz Niyaz oğluna məxsus “Buğda” kafesi;
7. Bakı şəhəri, Yasamal rayonu, İzmir 27E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus “Pizza Bruno” restoranı;
8. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhan oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 45a ünvanında yerləşən, fiziki şəxs Bayramlı Salman Kamal oğluna məxsus kafe;
10. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Quliyeva Könül Seyfəddin qızına məxsus "Ləman" kafesi;
11. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Həşimov Fizuli Əsəd oğluna məxsus restoran;
12. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus “Ad Günü" kafesi;
13. Ağsu rayonu, Bakı-Qazax yolunun 144-ci kilometrliyində yerləşən, fiziki şəxs Hacıyev Süleyman Əliağa oğluna məxsus “Cənnət Park” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?