Son vaxtlar insanlar 15 dəqiqəlik sakitlik trendinə qoşulurlar — telefon, musiqi və digər səs-küydən uzaq, sakit keçən qısa vaxt. Foodinfo.az Psixologiya üzrə ekspert Dmitriyev Evstigneyev-ə istinadla xəbər verir ki, psixoloq bu trendin kimlər üçün təhlükəli ola biləcəyini açıqlayıb.
Ekspert bildirib ki, narahatlıq pozğunluqlarına meyilli insanlar üçün bu sessiyalar mənfi təsir göstərə bilər. Sakitlik onların üçün katastrofik düşüncələr və panik hücumların yaranması üçün stimula çevrilə bilər.
Dmitriyev qeyd edib ki, bir çox insan üçün davamlı informasiya səs-küyü şüurlu olmasa da, psixoloji müdafiə rolunu oynayır — daxili xaosla üzləşməkdən qoruyur. Bu səs-küy qəfildən aradan qalxdıqda isə insan hazır olmadığı hallar ilə qarşılaşa bilər.






