ABŞ Ədliyyə Nazirliyi “Warner Bros” və “Discovery” şirkətlərinin birləşməsini araşdıracaq. 

Foodinfo.az xəbər verir ki, bu barədə Deadline” bildirib.

Belə ki, məsələ ilə bağlı əməkdaşların hüquqlarının pozulması şübhəsi yaranıb. Artıq ABŞ-nin Baş Prokuroru Merrik Qarland və ABŞ Ədliyyə Nazirliyinə məsələ ilə bağlı müraciət daxil olub.

Qeyd edilir ki, şirkətlərin birləşməsi onların işçilərinə zərər vurub. 

Xatırladaq ki, müqavilə 2022-ci ildə imzalanıb.